"Fənərbaxça" La Liqadan hücumçu transfer etdi

14:18 - 9 Avqust 2017

“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi “Vilyarreal”ın hücumçusu Roberto Soldadonu rənglərinə bağlayıb. 32 yaşlı forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Bu keçid üçün "Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon avro təzminat ödəyib.
 
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm zədə səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalıb. 

Xəbər xətti