İtaliya millisinin kapitanı "Fiorentina"da

17:11 - 9 Avqust 2017

Federiko Bernardeskini 40 milyon avroya "Yuventus"a satan “Fiorentina” yaranan boşluğu doldurub.

 

Sportal.az xəbər verir ki, Florensiya klubu “Torino”nun yarımmüdafiəçisi Marko Benassini transfer edib. 22 yaşlı yarımmüdfiəçi "bənövşəyilər"lə 5 illik müqavilə imzalayıb. İtaliyanın U-21 millisinin kapitanı olan futbolçunun transferi "Fiorentina"ya 10 milyon avroya başa gəlib.

 

Benassi "Torino"da 98 oyun keçirib və 12 qol vurub.

Xəbər xətti