"İnter" "Nitsa"nın futbolçusunu transfer etdi

18:13 - 9 Avqust 2017

İtaliya “İnter”i heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Fransanın "Nitsa" klubundan Dalbert Enrikeni heyətə qatıb. 23 yaşlı müdafiəçi “neradzurra” ilə 5 illik müqavilə imzalayıb. “İnter” "Nitsa"ya bu keçidə görə 20 milyon avro ödəyəcək. Müqavilədə 5 milyon avroluq bonus şərtləri də var.

 

Braziliyalı futbolçu 2016-cı ildən "Nitsa"da çıxış edirdi.

Xəbər xətti