Sabiq “Kəpəz”li və “Xəzər Lənkəran”lı eyni komandada

13:57 - 10 Avqust 2017

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Marin Orşuliçin yeni komandası məlum olub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bir neçə gün öncə rəsmən Cənubi Koreyanın "Sonnam" klubu ilə müqavilə imzalayıb.

 

Xatırladaq ki, "Kəpəz"in sabiq futbolçusu Dario Federiko da "Sonnam" klubu ilə yay transfer pəncərəsindı nüqavilə imzalayıb.

 

Orşuliç 2013-cü ildə "Xəzər Lənkəran"da oynayıb və 13 qarşılaşmada iştirak edib.

Xəbər xətti