"Mançester Yunayted" müdafiəçisini icarəyə verdi

11:58 - 11 Avqust 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, London klubu “Mançester Yunayted”in futbolçusu Timoti Fosu-Mensanı heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb. “Qartallar” 19 yaşlı müdafiəçini bir illik icarəyə götürüb. Hollandiyalı futbolçu yeni klubunda 24 nömrəli formada çıxış edəcək.

 

Mensa ötən mövsümdə cəmi 8 oyunda şans qazanıb.

Xəbər xətti