"Qəbələ"dən ayrılan futbolçu Zenyovla eyni komandada

17:16 - 15 Avqust 2017

Yay transfer dönəmində "Qəbələ" ilə iki illik müqavilə imzalayan, daha sonra koamandanı tərk etmək qərarına gələn ispaniyalı Xavyer Ernandez Qonzalesin yeni klubunun adına aydınlıq gəlib.  

 

Sportal.az xəbər verir ki, 28 yaşlı mərkəz yarımmüdafiəçisi yenidən Polşaya qayıtmağa qərar verib.  "Qurnik" klubundan "Qəbələ"yə transfeür olunan futbolçu bu dəfə "Krakovia"ya üz tutub. Xavi yeni komandası ilə 1 illik sözləşmə imzalayıb.

 

Qeyd edək ki, ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Sergey Zenyov da "Krakoviya"ya transfer olmuşdu.

Xəbər xətti