Milli komandamızın hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" klubu daha bir futbolçu transfer edib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubunda forma geyinən fransalı hücumçu Jires Kembo Ekokonu heyətinə qatıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bursalıların yeni futbolçusu bu komadada 22 nömrəli formanı geyinəcək.
saytlarin hazirlanmasi
