Sabiq "Qəbələ"li Türkiyədə klubunu dəyişdi

13:47 - 25 Avqust 2017

"Qəbələ"nin sabiq futbolçusu Ermin Zets Türkiyədə klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasınnı üzvü Super Liqa təmsilçisi "Karabükspor"dan ayrılıb. 29 yaşlı hücumçu I Liqa təmsilçisi "Qazişəhər Qaziantep" klubuna keçib. Tərəflər arasında 1 illik müqavilə bağlanıb.

 

Xatırladaq ki, Ermin Zets "Qəbələ"yə 2015-ci ildə "Balıkəsirspor" klubundan gəlmişdi. Bundan əlavə, Zets "Gənclərbirliyi" klubunda da forma geyinib. O, son mövsüm 6 qol və 1 assistllə yadda qalıb.

Xəbər xətti