"Barselona" 222 milyon avro qarşılığında PSJ-yə transfer olan Neymarın boşluğunu oldurub.
Sportal.az xəbər verir ki, Kataloniya klubu "Borussiya"nın vingeri Usman Dembelini rəsmən heyətinə qatıb. Bunun üçün Dortmund klubuna 105 milyon avro ödənilib. Müqavilənin şərtində 42 milyon avroluq bonus da yer alıb. Dembele ilə 5 illik müqavilə bağlanıb. Fransa millisinin üzvünün sərbəst qalma qiyməti 400 milyon avrodur.
Qeyd edək ki, "Borussiya" 20 yaşlı futbolçunu ötən il 15 milyon avroya Fransanın "Renn" klubundan transfer etmişdi.
Bu keçid La Liqa və "Barselona" tarixində ən bahalı transfer olub.
saytlarin hazirlanmasi
