"Fənərbaxça"nı İtaliya klubuna dəyişdi

11:54 - 26 Avqust 2017

"Fənərbaxça" Qreqori Van der Villə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, artıq hollandiyalı müdafiəçinin karyerasını harada davam etdirəcəyi də müəyyənləşib. Belə ki, 29 yaşlı futbolçu İtaliyanın "Kalyari" klubu ilə anlaşıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, təcrübəli cinah müdafiəçisi "Fənərbaxça"ya ötən mövsümün əvvəlində PSJ-dən transfer olub. O, "sarı-lacivərtlilər"in heyətində 17 qarşılaşmada meydanda olub.

Xəbər xətti