"Çelsi"nin futbolçusu Türkiyə klubunda

12:25 - 26 Avqust 2017

Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı stopper Kennet Omeruonu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin "Çelsi" klubunun 23 yaşlı futbolçusu 1 illik icarəyə götürülüb.

 

Omeruo yeni komandasında 4 nömrəli formanı geyinəcək.

Xəbər xətti