Usman Dembeleni "Barselona"ya satan "Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Kiyev "Dinamo"sundan Anfrey Yarmolenkonu transfer edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Ukrayna milli komandasının üzvü ilə 4 illik müqavilə imzalanıb. 27 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Yarmolenko 2008-ci ildən "Dinamo"da çıxış edirdi. O, kiyevlilərin heyətində meydana çıxdığı 339 matçda 137 qol vurub. Təcrübəli qolçu Ukrayna millisinin formasını da 69 dəfə geyib. Yarmolenko 2013, 2014 və 2015-ci illərdə ölkəsində ilin futbolçusu seçilib,
saytlarin hazirlanmasi
