"Liverpul" klub tarixinin ən bahalı transferini etdi

19:50 - 28 Avqust 2017

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Leypsiq" klubunun futbolçusu Nəbi Keytanı transfer edib. Müqaviləyə əsasən 22 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından etibarən İngiltərə klubunda çıxış edəcək

 

"Liverpul" qvineyalı futbolçunun transferi üçün Bundesliqa təmsilçisinə 52 milyon avro ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki, Keyta ötən mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 31 qarşılaşmada 8 qol vurmağı bacarıb.

Xəbər xətti