"Çelsi" müqavilə imzaladıqdan sonra icarəyə göndərdi

00:41 - 29 Avqust 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra gənc oyunçu Çempionşip təmsilçisi "Birminqem"ə 1 illik icarəyə verilib.

 

Qeyd edək ki, Boqa bu mövsüm İngiltərə Premyer Liqasının birinci turunda "Bernli"yə qarşı matçda (2:3) iştirak edib.

Xəbər xətti