"Monako" Yovetiçi transfer etdi, Mbappe gedir

00:53 - 29 Avqust 2017

"Monako" “İnter”in hücumçusu Stevan Yovetiç transfer edib.

 

Sportal.az xəbər verir ki, monteneqrolu futbolçunun “Monako”ya keçidinin şərtləri açıqlanmayıb. Yovetiç yeni klubunda Kilian Mbappenin 10 nömrəli futbolkasını geyinəcək. Bu isə o deməkdir ki, Mbappe rekord məbləğlə PSJ-yə keçəcək.

 

Xatırladaq ki, Yovetiç ötən mövsümün ikinci yarısında icarə əsasında “Sevilya”nın şərəfini qoruyub.

Xəbər xətti