İtaliya millisinin sabiq üzvü İspaniya klubunda

10:41 - 29 Avqust 2017

İtaliya millisinin sabiq futbolçusu Alberto Akvilani karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Las Palmas"la 2 illik müqavilə imzalayıb. O, yeni komandasına azad agent statusu ilə keçib.

 

Akvilani “Roma”, “Liverpul”, “Yuventus”, “Milan”, “Fiorentina”, "Sportinq" kimi komandalarda çıxış edib. Onun son klubu "Peskara" olub və ötən mövsümü icarə əsasında "Sassuolo"da keçirib.

Xəbər xətti