Əmrə Mor İspaniya klubu ilə müqavilə bağladı

10:56 - 29 Avqust 2017

"Borussiya"nın futbolçusu Əmrə Mor klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu karyerasını İspaniyada davam etdirəcək. Gənc futbolçu "Selta"ya transfer olub. 20 yaşlı vinger Viqo təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün La Liqa klubu Dortmund təmsilçisinə 13 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, "Borussiya" Moru ötən mövsüm Danimarkanın "Norşellann" klubundan 16 milyon avro qarşılığında transfer etmişdi.

Xəbər xətti