Yovetiç rəsmən "Monako"da

17:48 - 29 Avqust 2017

"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq" təmsilçisi "İnter"in hücumçusu Stevan Yovetiçi transfer edib. Fransa klubunun rəsmi saytının yaydığı məlumata görə, Çernoqoriya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 27 yaşlı forvard son olaraq icarə əsasında İspaniyanın "Sevilya" klubunda çıxış edib. O, əndəlusluların heyətində 21 qarşılaşmada 6 qolla yadda qalıb.

Xəbər xətti