"Monako"dana daha bir transfer

01:18 - 30 Avqust 2017

"Monako" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir oyunçunu transfer edib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq klubu" "Latsio"nun hücumçusu Keyta Baldeni rənglərinə bağlayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Seneqallı hücumçu üçün "Monako" "Latsio"ya 30 milyon avro ödəyib. Müqavilədə 5 milyon avroluq bonus şərti də var.

 

Qeyd edək ki, cinahlarda və hücumçunun arxasında oynayan Balde, ötən mövsüm 34 oyuna 16 qol vurub.

Xəbər xətti