“Valensiya”nın müdafiəçisi Aymen Abdennur karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, tunisli futbolçu “Marsel”lə müqavilə bağlayıb. 28 yaşlı oyunçu yeni klubunda 1 illik icarə əsasında çıxış edəcək."Marsel" Abdennuru mövsümün sonunda birdəfəlik rənglərinə bağlaya biləcək.
Xatırladaq ki, Tunis millisinin üzvü “Monako”, “Verder”, “Tuluza” kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi
