"Barselona"nın müdafiəçisi Fransa klubunda

15:30 - 30 Avqust 2017

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.

 

Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi “Fluminense” klubunun yetirməsidi. Braziliyalı futbolçu "Barselona"ya 2016-cı ildə transfer edilib.

Xəbər xətti