"Borussiya" müdafiəçi transfer etdi

16:16 - 30 Avqust 2017

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Hoffenhaym"ın futbolçusu Ceremi Tolyanı transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı müdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb.

 

Qeyd edək ki, alman futbolçu 2013-cü ildən "Hoffenhaym"da çıxış edirdi. O, Almaniyanın 23 yaşlılardan ibarət milli komandasının da üzvüdü.

Xəbər xətti