İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, “göy-ağlar” “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Vest Bromviç” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro ödəyib.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Gibbs ötən mövsümdə 22 oyunda şans qazanıb.
saytlarin hazirlanmasi
