"Qarabağ"ın təklifini qəbul etməyən futbolçu Yunanıstan klubunda

18:09 - 30 Avqust 2017

"Qarabağ" İtaliyanın "Bolonya" klubunun vingeri Entoni Münyönü transfer etmək istəsə də, oyunçu bu Ağdam klubuna keçməkdən imtina etmişdi.

 

Sportal.az xəbər verir ki, transfer pəncərəsinin son günlərində fransalı futbolçu özünə yeni klub tapıb. Fransanın U-21 yığmasının sabiq üzvü karyerasını Yunanıstandan davam etdirəcək. 30 yaşlı futbolçu "Panatinaikos"la 3 illik müqavilə imzalayıb.

 

2015-ci ildən "Bolonya"ya məxsus olan futbolçu son mövsümün ilk yarısını icarə əsasında "Sent Etyen"də, ikinci yarısını isə "Atalanta"da keçirib. Fransalı cinah oyunçusu "Sent Etyen"də şans qazanmayıb. "Atalanta"nın heyətində isə cəmi 5 matçda iştirak edib. 

Qeyd edək ki, Fransanın 21 yaşlılardan ibarət milli komandasında forma geyinmiş Münyö karyerası ərzində "Lion", "Nitsa" və "Monpelye" kimi klubların da uğurları üçün çalışıb.

Xəbər xətti