"Qalatasaray" keçmiş futbolçusunu qaytardı

19:13 - 30 Avqust 2017

"Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Mançester Siti"nin müdafiəçisi Ceyson Denayeri heyətinə cəlb edib. 22 yaşlı futbolçu "aslanlar"da 1 illik icarə əsasında çıxış edəcək.

 

Xatırladaq ki, 22 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Sanderlend"də keçirib. Denayer 2015/16 mövsümündə də "Qalatasaray"da icarədə oynayıb.

Xəbər xətti