İstanbulun "Beşiktaş" klubunda bir ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın alman müdafiəçisi Andreas Bek karyerasını vətənində davam etdirəcək. Belə ki, 30 yaşlı cinah oyunçusu "Ştutqart"a transfer olub. Bundes Liqa təmsilçisi bu keçid üçün "ağ-qaralar"a 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bek 2015-ci ildə "Beşiktaş"a "Hoffenhaym"dan transfer olmuşdu.
saytlarin hazirlanmasi
