Sabiq "Qarabağ"lı 2 milyon avroya İtaliya klubuna keçdi

11:58 - 31 Avqust 2017

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliya A seriyasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, daha öncə "Palermo" ilə razılaşan və tibbi müayinədən keçən forvard son anda sicilya klubuna keçməkdən imtina edib. B Seriyasında mübarizə aparan "Palermo"ya transfer olmaqdan imtina edən hücumçu A Seriyasında çıxış edən “Benevento” ilə müqavilə bağlayıb. İsveç millisinin üzvü yeni komandası ilə 2020-ci ilə qədər müqavilə imzalayıb. Bu keçid  “Benevento”ya 2 milyon avroya başa gəlib.

 

Xatırladaq ki, Armenteros 2015-16 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı. “Qarabağ”dan ayrıldıqdan sonra Hollandiya Erediviziya təmsilçisi “Herakles”lə anlaşan Armenteros, ötən mövsümdə meydana çıxdığı 33 oyunda 22 qol vurub.

 

Xəbər xətti