"Bavariya"dan Premyer Liqa klubuna keçdi

12:45 - 31 Avqust 2017

"Bavariya" futbolçusu Renato Sançeşi icarəyə göndərib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 20 yaşlı yarımmüdafiəçi  "Suonsi Siti" klubuna 1 illik icarə əsasında çıxış edəcək. Müqavilənin bəndində satın alma şərti qoyulmayıb. Münhen təmsilçisi Sançeşi oyun praktikası qazanaması üçün icarəyə verib.

 

Qeyd edək ki, "Bavariya" Portuqaliya millisinin üzvünü ötən il "Benfika"dan 35 milyon avroya transfer etmişdi.

Xəbər xətti