"Leypsiq"dən 20 milyon avroluq transfer

14:38 - 31 Avqust 2017

Çempionlar Liqasında çıxış edən Almaniyanın "Leypsiq" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının debütantı "Bayer"dən Kevin Kamplı rənglərinə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Leverkuzen təmsilçisi bu keçid üçün 20 milyon avro təzminat alıb.

 

Qeyd edək ki, sloveniyalı oyunçu 2015-ci ildə "Borussiya"dan "Bayer"ə transfer olmuşdu.

Xəbər xətti