"Tottenhem" PSJ-nin futbolçusu Serj Oryeni transfer edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. London təmsilçisi bu transfer üçün Fransa klubuna 25 milyon avro ödəyib. O, yeni klubunda 24 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Fil Dişi Sahili millisinin üzvü olan Oryer 2015-ci ildən PSJ-də çıxış edirdi.
saytlarin hazirlanmasi
