"Liverpul" yeni transferini təqdim etdi

17:05 - 31 Avqust 2017

İngiltərənin "Liverpul" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi London "Arsenal"ının futbolçusu Aleks Oksleyd-Çemberleni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 ilik müqaviləyə imza atıb. "Luverpul"un "Arsenal"a 40 milyon avro ödəyib.

 

Qeyd edək ki, İngiltərə yığmasının şərəfini qoruyan Aleks peşəkar karyerasına 2010-cu ildə yetirməsi olduğu "Sauthempton"da başlayıb. 2011-ci ildən isə o, "Arsenal"ın şərəfini qoruyurdu.

Xəbər xətti