"Zenit"dən ayrılan Fransa millisinin sabiq üzvü Yoan Mollo özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"dan və İngiltərənin "Fulhem" klubundan təklif alan futbolçu yay transfer dönəminin son günündə qərarını verib. O, Çempionşip klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Mollo karyerası ərzində ölkəsinnin "Monako", "Nansi", "Sent-Etyen" kimi tanınmış klublarında forma geyinib. O, İspaniyanın "Qranada" klubunda da legioner həyatı yaşayıb.
saytlarin hazirlanmasi
