"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan "Çelsi" İngiltərə transfer pəncərəsinin son dəqiqələrində iki transferi birdən reallaşdırıb.
Sportal.az xəbər verir ki, London klubu "Lester Siti"dən Denni Drinkvoteri rənglərinə bağlayıb. İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə bağlayıb. 27 yaşlı yarımmüdafiəçinin keçidi "mavilər"ə 35 milyon funt sterlinqə başa gəlib.
"Çelsi" digər transferini İtaliyadan edib. "Torino"nun 25 yaşlı sağ cinah müdafiəçisi Davide Zappakosta karyerasını London təmsilçisində davam etdirəcək. Bu keçid üçün Turin təmsilçisinə 30 milyon avro ödənilib.
saytlarin hazirlanmasi
