"Monako"nun genc futbolçusu Kilian Mbappe karyerasını PSJ-də davam etdirəcək.
Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu paytaxt təmsilçisinə transfer olub. Gənc forvard ilk mövsümü icarə əsasında parislilərin heyətində keçiriəcək. 1 il sonra isə onunla 4 illik müqavilə imzalanacaq. Bu keçid üçün PSJ "knyazlıq" təmsilçisinə 135 milyon avro təzminat və 45 milyon avro bonus ödəyəcək.
Qeyd edək ki, fransalı forvard ötən mövsüm "Monako"nun heyətində ümumilikdə 44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.
saytlarin hazirlanmasi
