"Qalatasaray"ın müdafiəçisi "Sevilya"da

13:36 - 1 Sentyabr 2017

"Qalatasaray" futbolçusu Lionel Karolu "Sevilya"ya icarəyə verib.

 

Sportal.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2017/2018 mövsümünün sonuna kimi La Liqa təmsilçisində çıxış edəcək.

 

 "Sevilya" icarə haqqı olaraq 350 min avro təzminat ödəyib. Klub 3 milyon 500 min avro da ödəyərək oyunçunu birdəfəlik ala biləcək.

 

Qeyd edək ki, "Qalatasaray" Karolu 2015-ci ildə Fransanın "Troye" klubundan transfer etmişdi.

Xəbər xətti