"İnter" hücumçusunu icarəyə verdi

17:51 - 1 Sentyabr 2017

"İnter" hücumçusu Qabriel Barbozanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı forvard "Benfika" klubu ilə müqavilə imzalayıb. "Qabiqol" ləqəbli oyunçu Portuqaliya təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, "İnter" 20 yaşlı hücumçunu ötən mövsüm "Santos"dan 29,5 milyon avroya transfer edib. 

Xəbər xətti