"Çelsi"nin futbolçusu La Liqa klubunda

12:12 - 2 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" futbolçusu Loik Remi ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, fransız hücumçu "Las Palmas"la müqavilə imzalayıb. 30 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Remi La Liqa klubuna azad agent statusu ilə keçib.

 

Qeyd edək ki, Remi "Çelsi"də 47 oyunda 12 qol vurub.

Xəbər xətti