İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi elitanın digər klubu "Torino"da forma geyinən hücumçu Maksi Lopesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, argentinalı futbolçu 2015-ci ildən "Torino"da çıxış edirdi. 33 yaşlı forvard karyerası ərzində "River Pleyt, "Barselona", "Malyorka", "Moskva", "Qremio", "Kataniya", "Milan", "Sampdoriya" və "Kyevo" klublarında da oynayıb.
saytlarin hazirlanmasi
