Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Sportal.az “Daily Express” nəşrinə istinadən xəbər verir ki, “sarı-lacivərdlillər” "Liverpul"un serbiyalı cinah yarımmüdafiəçisi Lazar Markoviç ilə maraqlanır. Futbolçu da yenidən “Fənərbaxça”da çıxış etməyə müsbət yanaşır.
Markoviçin zədəsini tamamilə sağaltdığı və münətəzəm oynamaq istədiyi bildirilir.
Xatırladaq ki, serbiyalı vinger 2015-2016 mövsümündə İstanbul təmsilçisinin heyətində icarə əsasında oynayıb.
