“Milan”dan “Trabzonspor”un futbolçusuna təklif

00:21 - 5 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Milan” Yusuf Yazıçı üçün “Trabzonspor”un qapısını döyüb.


Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralılar” futbolçu üçün Türkiyə təmsilçisinə 10 milyon avroluq təklif göndərib.


“Trabzonspor”un baş məşqçisi Ərsun Yanal oyunçunun hələ tam inkişaf etmədiyini və bir il  ərzində transfer məbləğinin arta biləcəyini bildirərək Yazıçının satılmasını istəməyib.


Gənc yarımmüdafiəçi isə hələ inkişaf etmək  və işinə köklənmək istədiyini açıqlayıb.

 

Xəbər xətti