Portuqaliya millisinin sabiq üzvü futbola qayıdır

00:35 - 5 Sentyabr 2017

2015-2016 mövsümünün sonunda “Fənərbaxça” klubundan ayrılandan sonra özünə klub tapa bilməyən və keçən mövsümü klubsuz başa vuran Raul Meyreleş yenidən yaşıl meydanlara qayıda bilər.


Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İtaliya A Seriasında mübarizə aparan “Kalyari” 34 yaşlı futbolçu ilə təmasa keçib.


Portuqaliyalı yarımmüdafiəçi Sardiniya təmsilçisinin təklifini qəbul etsə, 1 illik fasilədən sonra yenidən futbola qayıdacaq.

 

Meyreleş 2006/2014-cü illərdə Portuqaliya millisində 73 oyun keçirib və 10 qol vurub. O, "Boavişta", "Portu", "Liverpul", "Çelsi" və "Fənərbaxça" klublarında çıxış edib.

Xəbər xətti