Andres İnyesta “Yuventus”un hədəfində

00:37 - 5 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Yuventus” “Barselona”da çıxış edən Andres İnyestanı  heyətinə qatmaq istəyir.


Sportal.az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, “qoca sinyora” mayda 34 yaşı tamam olacaq təcrübəli yarımmüdafiəçi ilə indidən təmasa keçib.


Turin təmsilçisinin “Barselona” ilə gələn il müqaviləsi başa çatacaq İnyestanın keçidini heç bir transfer məbləği ödəmədən reallaşdırmaq niyyətində olduğu bildirilir.

 

Xəbər xətti