Almaniya Bundesliqasında mübarizə aparan “Maynts “ Xose Rodriqesi İsrailin “Makkabi Təl-Əviv” klubuna icarəyə göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə İsrail klubunun rəsmi saytı məlumat yayıb.


Bildirilir ki, yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.


Qeyd edək ki, oyunçu karyerası ərzində “Real”, “Qalatasaray” kimi klubların şərəfini qoruyub.