Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” heyətini hücumçu transferi ilə gücləndirmək niyyətindədir.
Sportal.az xəbər verir ki, “sarı-lacivərdlilər” Lusiano Vyetto üçün “Atletiko” (Madrid) ilə danışıqlar aparır.
İstanbul təmsilçisi oyunçunu icarəyə götürmək istəyir. Lakin ispan klubu Vyettonu satmağı planlaşdırır.
Buna görə də, transferin reallaşması ehtimalının aşağı olduğu bildirilir.
saytlarin hazirlanmasi
