Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” bir neçə gündür danışıqlar apardığı “Çelsi”nin futbolçusu Abdul Rahman Babadan müsbət cavab alıb.
Sportal.az xəbər verir ki, “Cim Bom” “Çelsi” ilə görüşməyə hazırlaşır.
Bildirilir ki, İstanbul təmsilçisi qanalı müdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.
“Zadəganlar” futbolçunu “Qalatasaray”a göndərməyə müsbət yanaşır.
Qeyd edək ki, 23 yaşlı futbolçu keçən mövsümü icarə əasında “Şalke”də keçirib. Heyətində Markos Alonso və Kennedi kimi oyunçuları olan “Çelsi” Babanın inkişaf edərək Londona qayıtmasını istəyir.
Əlavə edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupdadır.
saytlarin hazirlanmasi
