Fransalı futbolçu “Fənərbaxça”nın təklifini qəbul etmədi

20:18 - 6 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” yarımmüdafiə mövqeyinə yaradıcı futbolçu axtarır.


Sportal.az “SFR Sport”a istinadən  xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lion” klubunun şərəfini qoruyan Kleman Qrenyeyə təklif göndərsə də , futbolçu bu təklifi qəbul etməyib.


26 yaşlı yarımmüdafiəçinin “Lion”la müqaviləsi 1 ildən sonra bitir. Qrenyenin 1 il daha “Lion”da oynayacağı və sonra TOP-5 liqaların birinin komandasına transfer olunacağı bildirilir.


Qeyd edək ki, fransalı futbolçu keçən mövsüm qış transfer pəncərəsində “Roma”ya satın alma maddəsi ilə icarəyə göndərilsə də, “canavarlar”ın forması ilə yalnız 6 qarşılaşmada iştirak edə bilmişdi.

Xəbər xətti