"Trabzonspor" yeni müdafiəçi ilə gücləndi

10:06 - 7 Sentyabr 2017

Türkiyənin "Trabzonspor" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Fransanın "Marsel" klubundan Tomas Hubokanı transfer edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Slovakiya milli komandasının üzvü "bordo mavilər"də icarə əsasında çıxış edəcək. 31 yaşlı mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 1 illikdir.

Xəbər xətti