"Karabükspor"un futbolçusu Yasmin Latovleviçin "Qalatasaray"a keçidi rəsmiləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi ilə 2017/2018 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu mövsüm 18 matçda iştirak edəcəyi təqdirdə, müqaviləsi daha 1 il müddətinə artırılacaq.
Qeyd edək ki, "Qalatasaray" 31 yaşlı futbolçu üçün "Karabükspor"a 500 min avro təzminat ödəyib. Latovleviç özü isə illik 750 min avro maaş alacaq.
saytlarin hazirlanmasi
