“Roma” rəqibinin futbolçusu ilə maraqlanır

00:12 - 12 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Roma” müdafiə xəttini gücləndirmək istəyir.


Sportal.az xəbər verir ki, “canavarlar” “Atletiko”nun müdafiəçisi Xose Gimenez ilə maraqlanır.


Xatırladaq ki, gənc futbolçunun “Atletiko” ilə müqaviləsi mövsümün sonunda bitir. Madrid təmsilçisi bu mövsüm transfer qadağası səbəbilə 22 yaşlı oyunçuya yeni müqavilə təklif edə bilməmişdi. Bildirilir ki, “Atletiko” mövsümün sonunda Gimenezə yeni müqavilə təklif edəcək, sazişə isə 65 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunacaq. Əgər uruqvaylı müdafiəçi yeni müqavilə təklifini qəbul etməsə, onun “Roma”ya keçəcəyi gözlənilir.


Əlavə edək , “Qarabağ” Çempionlar Liqasında “Roma” və “Atletiko” ilə eyni qrupdan mübarizə aparacaq.

 

Xəbər xətti