"Səbail" yeni transferini sifariş etdi

01:33 - 23 Sentyabr 2017

"Səbail" yeni transferini PFL-ə sifariş edib.

 

Sportal.az xəbər verir ki, söhbət rumıniyalı futbolçu Adrian Popoviçidən gedir. Adrian paytaxt klubunda 18 nömrəli futbolkada  çıxış edəcək. 

 

29 yaşlı oyuçu "Səbail"ə azad agent kimi cəlb olunub. Onun son klubu ölkəsinin “Politexnika Timişioara” olub.

 

Hücumameylli yarımmüdafiəçi Rumıniyanın U-17 yığmasında da oynayıb.

Xəbər xətti